Gürcüstanda əcnəbilər haqqında qanunun nə vaxt qüvvəyə minəcəyi açıqlandıbackend

Gürcüstanda əcnəbilər haqqında qanunun nə vaxt qüvvəyə minəcəyi açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda may ayında qəbul edilən xarici agentlər haqqında qanun hələ bir neçə həftədən sonra qüvvəyə minəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin təhsil, elm və gənclərlə iş üzrə komitəsinin rəhbəri Givi Mikanadze bildirib.

“Təxminən bir neçə həftədən sonra bu qanun qüvvəyə minəcək və biz proseslərin necə inkişaf edəcəyini görəcəyik”,- deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanunu yekun, üçüncü oxunuşda qəbul edib. 84 deputat onun lehinə, 30 deputat əleyhinə səs verib, daha 58 deputat bitərəf qalıb.