YAP sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov namizədliyini irəli sürüb.
NOCOMMENT.az Metbuat.az-a istinadla xəbər verir ki, onun namizədliyi 51 saylı Şirvan seçki dairəsindən verilib.
Qeyd edək ki, Heydər Əsədov 2013-2018-ci illərdə Azərbaycanın kənd təsərrüfatı naziri olub. O, 2019-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektorudur.