Vəzifəyə gətirilən Etibar Quliyev kimdir? – DOSYE – FOTObackend

Vəzifəyə gətirilən Etibar Quliyev kimdir? – DOSYE – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildiyimiz kimi, yeni yaradılan elektrik avtobus parkına direktor təyinatı olub.

NOCOMMENT.az yeni sədrin dosyesini təqdim edir:

Əldə etdiyimiz məlumata görə, yeni yaradılan elektrobus parkına təyin olunan Etibar Əliağa oğlu Quliyev 1970-ci ildə Bakı şəhərində doğulub.

1989- cu ildə Moskva şəhəri Partiya-komsomol məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Texniki Universitetin avtonəqliyyat fakültəsini bitirib.

Nəqliyyat sahəsində müxtəlif rəhbər vəzifələrdə calışıb. 2002-2007-ci illərdə BŞİH SƏRNİŞİNSERVİS idarəsinin direktoru, 2007-2010-ci illərdə Nəqliyyat nazirliyi 3 nomrəli avtoparkın direktoru, 2010-2018-ci illərdə  “Baki Sərnişinservis avtobus parkı” MMC-in direktoru, 2018-2021-ci ildə  BNA “Zıg Avtoparkı” MMC-in direktoru, 2017-ci ildən Texniki Universitetin avtonəqliyyat fakultəsində Dovlət Attestasiya komissiyasının sədri vəzifələrində çalışıb.

Qeyd edək ki, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Quliyev Etibar Əliağa oğlu namizəd kimi irəli sürülüb. 

Son təyinata qədər “Aztexnika LTD” MMC in Nəqliyyat departamentinin rəisi vəzifəsində calışmışdır.