Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro məbləğində büdcə yardımının növbəti hissəsini köçürüb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının portalında deyilir.
“Komissiya Aİ-nin Ukrayna üçün proqramı çərçivəsində təxminən 4,2 milyard avroluq ilk müntəzəm ödənişi müsbət qiymətləndirib”, – AK nümayəndələri bildiriblər.
İyulun 10-da Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib ki, Aİ yaxın iki həftə ərzində Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən Ukraynaya birinci tranşı köçürəcək.