Kim Çen In Şimali Koreyada turizmi inkişaf etdirməyə çağırıbbackend

Kim Çen In Şimali Koreyada turizmi inkişaf etdirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya turizm təkliflərini genişləndirməli və ümumilikdə milli iqtisadiyyatın bu sektorunu inkişaf etdirməlidir.

NOCOMMENT.az xəbər verir ki, bu fikri KXDR-in dövlət işləri üzrə sədri Kim Çen In deyib.

Bu barədə onun tikilməkdə olan Vonsan-Kalma sahil turizm zonasına səfəri zamanı danışılıb.

Obyektin istismara hazırlanmasının vacibliyini vurğulayan Kim Çen In, onun fikrincə, “əsas məsələ” olan “turizm ərazisinin görünüşünə uyğun qüsursuz baxımın” vacibliyini xatırladıb.

“Vonsan-Kalma Sahil Turizm Zonasının tikintisi zamanı əldə edilmiş təcrübə əsasında uzunmüddətli perspektivdə turizmi genişləndirmək və inkişaf etdirmək lazımdır”, – Kim Çen In bildirib.