Orban: Aİ, Çin və Türkiyə Ukraynadakı münaqişənin həllinə təsir edə bilərbackend

Orban: Aİ, Çin və Türkiyə Ukraynadakı münaqişənin həllinə təsir edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı, ABŞ, Çin və Türkiyə Ukraynadakı münaqişənin həllinə təsir göstərə bilər.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.

“Hadisələrin inkişafına təsir edə biləcək üç qlobal oyunçu var: Aİ, ABŞ və Çin. Türkiyə isə 2022-ci ildə hərbi əməliyyatların başlanmasından sonra Ukrayna və Rusiya arasında yeganə uğurlu vasitəçi, mühüm regional oyunçu kimi nəzərə alınmalıdır”, – Orban vurğulayıb.