Tural İsmayılov: Rusiya-Ukrayna müharibəsində hansısa əsaslı və yekun qələbədən söhbət gedə bilməzbackend

Tural İsmayılov: Rusiya-Ukrayna müharibəsində hansısa əsaslı və yekun qələbədən söhbət gedə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatında tərəflərdən hər hansının xeyrinə müsbət dəyişiklik yoxdur”.

Bu sözləri NOCOMMENT.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Tural İsmayılovv

“Müharibədə hər iki tərəfdən çox sayda itkilər olur, bu itkilərdə də bir sıra məqamlarda hər iki tərəf üçün arzuolunmaz tendensiyalar və müşahidələr edilir.

Hazırkı dövrdə Ukraynanın Rusiya tərəfindən işğal olunmuş torpaqlarının geri qaytarılması müşahidə edilmir. Ukrayna heç vaxt torpaqlarını Rusiyaya güzəştə getməyəcək və bütün bunlar müharibədə qalib bir tərəfin olmayacağını deməyə əsas verir.
Hazırda Ukraynada vəziyyət kifayət qədər gərgindir və heç bir dəyişiklik müşahidə olunmur”.

Politoloq qeyd edib ki, bu dövrdə ABŞ-dakı seçkilərdən də çox böyük gözləntilər var. Bir çox qüvvələr seçkilərin nəticələrini gözləyirlər. Respublikaçı yoxsa demokratların qalib gəlməsi seçkinin sonrakı taleyi üçün aydınlıq gətirəcək.

Rusiyanın Ukraynaya hücumlarına cavab olaraq Belqorod şəhərinə atəş zərbəsi endirir. Belqorod Rusiyanın Ukrayna ilə sərhəddəki ən vacib şəhərlərindən biridir.

Siyasi şərhçi onu da qeyd edib ki, Belqorodun yerləşdiyi coğrafi mövqelerə baxdıqda Ukraynanın tez-tez Belqorod üzərindən Rusiyaya hücumları ola bilər.

Hazırda Rusiya-Ukrayna müharibələri dünya savaşlarında öz ağırlığına görə ön sıralardadır.

“Mənə görə bu müharibədə qalib tərəf yoxdur. Əraziləri işğal olan Ukraynadır və böyük sayda insan itkiləri var. Rusiya da müharibə də çox sayda vətəndaşını itirib və bu baxımdan bu müharibənin qalibi qlobal imperialist dairələr və qərbin neomüstəmləkəçi siyasi mərkəzləridir. Hesab edirəm ki, nəticənin necə olmasından asılı olmayaraq hansısa əsaslı və yekun qələbədən söhbət gedə bilməz”-, deyə Tural İsmayılov bildirib.

Ukraynaya çox böyük yardımlar edilir və bugün Ukrayna bu yardımların sayından narazıdır. Prezident Volodimir Zelenski NATO-nun ABŞ-dakı sammitində də Ukraynaya edilən yardımların həcminin onu qane etmədiyini, bu sayı daha da çoxaltmaq lazım olduğunu birmənalı şəkildə vurğulayıb.

Politoloq qeyd edib ki, Ukrayna qalib gəlsə bu qalibiyyətin əsas səbəbi edilən yardımlar və Ukraynanın milli mübarizə idealları olar.
Tural İsmayılov son olaraq bildirib ki, Rusiya-Ukrayna müharibəsi tez vaxta yekunlaşmayacaq. Bu müharibədə müxtəlif dövrlərdə aktiv döyüş fazaları fasilələrə məruz qala bilər amma, Rusiya-Ukrayna arasındakı düşmənçilik ruhu bir əsrə sığacaq müddətə davam edə bilər.

 

Aişə Əbdülova