Şimali Koreya lideri Kim Çen In müdafiə nazirinin müavini Aleksey Krivoruçkonun rəhbərlik etdiyi Rusiya hərbi nümayəndə heyəti ilə görüşündə KXDR hökuməti və xalqının Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə həmrəy olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Yoldaş Kim Çen In Rusiya ordusuna və xalqına hərbi salamlar göndərib”, – mesajda deyilir.
KXDR rəhbəri həmçinin xüsusi əməliyyatın keçirilməsində ölkəsinin davamlı güclü dəstəyini və Rusiya ilə güclü həmrəyliyini ifadə edib. Kim Çen In deyib ki, Moskva “dövlətin suveren hüquqlarını və təhlükəsizliyini qorumaq üçün ədalətli müharibə aparır”.
Qeyd edək ki, iyulun 18-də Kim Çen In Rusiya hərbi nümayəndə heyətini qəbul edib.