Malayziya Hava Yollarına məxsus təyyarə Bakıda məcburi eniş edibbackend

Malayziya Hava Yollarına məxsus təyyarə Bakıda məcburi eniş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya Hava Yollarına məxsus təyyarə Bakıda məcburi eniş etdi.

NOCOMMENT.az Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətinə istinadən xəbər verir ki, London-Kuala-Lumpur reysini həyata keçirən Malayziya Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili eniş tələb edib.

Buna səbəb sərnişinlərdən birinin səhhətinin kəskin pisləşməsi (infarkt) olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 06:42-də Bakı hava limanına uğurla eniş edib.

Sərnişinin təxliyyəsi üçün operativ şəkildə xüsusi texnika – ambulatordan istifadə olunub və ona dərhal ilkin tibbi yardım göstərilib, bundan sonra o, təcili tibbi yardım briqadasına təhvil verilib.