Həkim psixiatr Zaur Qasımov: Həyəcan NƏDİR? – VİDEObackend

Həkim psixiatr Zaur Qasımov: Həyəcan NƏDİR? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatır Zaur Qasımov “Həyəcan nədir” sualına aydınlıq gətirib.

Bununla bağlı NOCOMMENT.az-a müsahibə verən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov müalicə alan hər kəsi maraqlandıran və narahat edən “Həyəcan nədir?” barədə danışıb.

Psixiatr Zaur Qasımov_həyəcan

“Hər kəsi bir şey maraqlandırır ki, görəsən həyəcan nədir? Həyəcan insanlara necə təsir göstərir? İnsanlar tarixən keçmiş zamanlardan indiyə kimi daim insanların hər hansı bir təhlükə ilə, qorxu ilə üzləşməsi baş vermişdir. Bu zaman həmin təhlükənin vəziyyətini qiymətləndirmək və həmin təhlükə ilə savaşacaq yaxud təhlükədən qaçacaq. Bu zaman həmin təhlükəni dəyərləndirdikdə, bu savaşa bədən özünü hazır vəziyyətə gətirir. İnsanlarda bu zaman arteriyal təzyiq yüksəlməsi, maddələr mübadiləsinin sürətlənməsi, ürək döyünmə kimi hallarla rastlaşır. Bu günki günümüzdə insanlar hər hansı bir təhlükə olduqda, yol keçərkən, imtahan verərkən və s. həyəncanlanırlar. Bunlar normal həyəcanlardır. Bir də səbəb olmadan meydana çıxan həyəcanlar var. Bu zaman səbəbsiz olaraq ürək döyünməsi, həyəcan, stress arttığına görə, insanlar artıq narahatçılıq keçirirlər”, – deyə həkim psixiatrı Zaur Qasımov qeyd edib.