Ağcabədidə yol kənarında yanğın olubbackend

Ağcabədidə yol kənarında yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi rayonunda yanğın hadisəsi baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə Bəhrəmtəpə-Mingəçevir magistral yolunun Ağcabədi rayonunun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Yol kənarında salınmış yaşıllıq massivində yanğın başlayıb. Nəticədə bir neçə irigövdəli ağac yanıb.

Əraziyə dərhal FHN-in Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.