Kiçik Robert Kennedi bildirib ki, Demokratlar Partiyasından ən yüksək hökumət postuna yeni namizəd açıq səsvermə yolu ilə seçilməlidir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə onun “X” (keçmiş Twitter) səhifəsində məlumat verilib.
O, Demokratlar Partiyasının Milli Komitəsinin elitası tərəfindən seçilmiş namizədin irəli sürülməsi əvəzinə bu prosesdən istifadə edilməli olduğunu vurğulayıb. Kiçik Kennedi hesab edir ki, Donald Trampı məğlub etmək şansı ən yüksək olan namizədi müəyyən etmək üçün neytral sorğulardan istifadə edilməlidir.