Rusiya ilə Qırğızıstan arasında hesablaşmaların 95%-dən çoxu milli valyutalarla həyata keçirilirbackend

Rusiya ilə Qırğızıstan arasında hesablaşmaların 95%-dən çoxu milli valyutalarla həyata keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Milli Bankı bəyan edib ki, 2024-cü ilin ilk beş ayında Moskva və Bişkek arasında xarici ticarət əməliyyatlarında hesablaşmaların 95%-dən çoxu milli valyutalarda aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.

Nəşr vurğulayır ki, 2023-cü ildə belə əməliyyatların dövlətlərarası hesablaşmalarda payı 88% təşkil edib. Eyni zamanda Qırğızıstan Xarici İşlər Nazirliyi 2024-cü ildə qırğız somu ilə ixrac və idxal üzrə ödənişlərin həyata keçirilmədiyini bildirib.

“Oy Ordo” ekspert təşəbbüsləri mərkəzinin direktoru İqor Şestakoviç bildirib ki, buna səbəb Rusiya rublunun yüksək likvidliyi, həmçinin Rusiya Federasiyasının milli valyutasının qarşılıqlı hesablaşmalar üçün öz infrastrukturuna malik olması ola bilər.