ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə dəstək qarşılığında kiçik Robert Kennediyə administrasiyasında vəzifə təklif edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post öz mənbələrinə istinadən məlumat yayıb.
Ehtimal olunur ki, prezidentliyə müstəqil namizəd kimi dövlət başçısı postuna iddialı olan kiçik Kennediyə Trampın qalib gələcəyi təqdirdə gələcək administrasiyada sağlamlıq və tibb məsələləri ilə bağlı əsas mövqe tutması təklif olunub.
WP-nin məlumatına görə, danışıqlar iyulun 13-də keçirilən mitinqdə Trampa sui-qəsd cəhdindən az sonra başlayıb.