ABŞ prezidenti Co Bayden Ukraynaya dəstək haqqında qanun çərçivəsində bəzi səlahiyyətləri ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentlərinin rəhbərlərinə həvalə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Ağ Evin mətbuat xidmətinin yaydığı sənədə istinadən məlumat yayıb.
Dondurulmuş Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsinin mümkünlüyü ilə bağlı səlahiyyətlərin maliyyə naziri Canet Yellen və ABŞ dövlət katibi Antoni Blinkenə ötürüldüyü dəqiqləşir.