Rusiya Federasiyası və Çinin hakimiyyət orqanları əhəmiyyətli layihələrin siyahısını yeniləmək barədə razılığa gəliblər.
NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin birinci müavini Denis Manturov investisiya əməkdaşlığı üzrə hökumətlərarası Rusiya-Çin Komissiyasının iclası zamanı bildirib.
Onun sözlərinə görə, təşəbbüslərin sayı 60-dan çoxdur, investisiyaların həcmi isə 138 milyard dollardan çox olacaq qarşılıqlı hesablaşmaların 90%-dən çoxu milli valyutalarda həyata keçirilib.
İyulun 20-də məlum olub ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 116,8 milyard dolları ötüb.
İki ölkə arasında ticarət dövriyyəsi illik müqayisədə 1,8% artıb.
Çinin Rusiyaya ixracı ilin birinci yarısında 0,8% azalaraq 51,6 milyard dollar, idxalı isə əksinə, 3,9% artaraq 65,2 milyard dollar olub.
Bundan əvvəl Rusiyanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri ilə ticarət dövriyyəsinin 2023-cü ilin sonunda 25% artaraq 333 milyard dollara çatdığı bildirilirdi.