6 yaşlı qız suçiçəyi səbəbindən iki dəfə insult keçirib və iflic olubbackend

6 yaşlı qız suçiçəyi səbəbindən iki dəfə insult keçirib və iflic olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altı yaşlı Evie Berry suçiçəyi xəstəliyinə tutulduqdan bir neçə ay sonra ilk dəfə insult keçirdi. 

NOCOMMENT.az-ın məlumatına görə bu barədə Lenta.ru xəbər yayıb.

2022-ci ildə, suçiçəyi xəstəliyinə tutulduqdan bir müddət sonra uşaq əvvəlcə keçici işemik hücuma məruz qaldı – mini insult, daha sonra isə əsl insult keçirdi və bu səbəbdən o, beyin əməliyyatı keçirməli oldu. Qız müvəqqəti iflic olub və sonradan yenidən danışmağı öyrənməli olub.

Uşağın anası Fearne Collins bildirib ki, təkrarlanan insultların qarşısını almaq üçün qızı il yarımdır ki, yüksək dozada qan durulaşdıran dərmanlar qəbul edir.