İran Xarici İşlər Nazirliyi ölkədə bir sıra İslam mərkəzlərinin bağlanması ilə əlaqədar Almaniya səfiri Hans-Udo Müseli çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Nour News” agentliyi məlumat yayıb.
“Almaniya polisinin bir sıra İslam mərkəzlərinin bağlanması istiqamətində gördüyü tədbirlər fonunda Almaniyanın səfiri Hans-Udo Müsel bu gün Qərbi Avropa Departamentinin rəhbəri tərəfindən Xarici İşlər Nazirliyinə çağırılıb”, – İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatında deyilir. .
Bundan əvvəl Moskvanın Tehrandakı səfiri Aleksey Dedov bildirib ki, Qərb ölkələri münasibətləri normallaşdırmaq üçün İranla dialoqa hazır deyillər.