Azərbaycanda vətəndaş hər 100 manatdan 5 manatı içkiyə xərcləyirbackend

Azərbaycanda vətəndaş hər 100 manatdan 5 manatı içkiyə xərcləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk yarısında Azərbaycanda içkilər və tütün məmulatlarının alınmasına 1 milyard 259 milyon manat xərclənib. Bu o deməkdir ki, vətəndaşlarımızın xərclədiyi hər 100 manatdan 5 manatı içkilər və tütün məmulatlarının alınmasına yönəldilir.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, altıncı çağırış Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramovun sözlərinə görə, istehlak artdıqca, xərc də çoxalır:

“Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır”.