Omskda itkin düşən 15 yaşlı moskvalı məktəbli qızın meyiti tapılıbbackend

Omskda itkin düşən 15 yaşlı moskvalı məktəbli qızın meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Omskda Moskvadan gəlib Qələbə parkında yoxa çıxan 15 yaşlı məktəbli qızın meyiti tapılıb.

NOCOMMENT.az-ın məlumatına görə,bu barədə RİA Novosti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir .

“Əvvəllər itkin düşən qızın cəsədi qayıq stansiyasının ərazisində tapılıb. O, çox güman ki, boğulub”, – deyə agentliyin həmsöhbəti bildirib.

Sibirə səyahət zamanı itkin düşən qız barədə daha əvvəl məlumat yayılmışdı. Məktəbli qız Moskvadan Omska gəlib, orada Nika otelində məskunlaşıb. İstintaqın məlumatına görə, yeniyetmə iyulun 22-də oteli tərk edərək yoxa çıxıb.

RİA Novosti-nin hüquq-mühafizə orqanlarındakı mənbəsi aydınlaşdırıb ki, qız valideynləri ilə mübahisə edib , bu səbəbdən onlar onsuz parkda gəzintiyə çıxıblar. Daha sonra məktəbli qız çölə tək çıxmaq qərarına gəlib.