Avrozonada sənaye istehsalının azalması iyul ayında daha da güclənib. İşgüzar aktivlik indeksi (PMI) 45,6 bəndədək azalaraq bu ilin əvvəlindən bəri ən aşağı səviyyəyə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Politico” “S&P Global” beynəlxalq reytinq agentliyinə istinadən məlumat yayıb.
Avropanın “lokomotivləri” – Fransa və Almaniya ən pis göstəriciləri göstərir. İyulda Almaniyada PMI 42,6 bənd, Fransada 44,1 bənd təşkil edib.
“Sənayedəki vəziyyət acınacaqlı görünür və yaxşılığa doğru dəyişiklik əlaməti yoxdur. Tənəzzülün əvvəllər düşünüldüyü kimi müvəqqəti və dövri xarakter daşımadığı ortaya çıxıb”, – deyə Finlandiya Mərkəzi Bankının rəhbəri Olli Ren bildirib.