Litvadan kütləvi evakuasiya planı hazırlanırbackend

Litvadan kütləvi evakuasiya planı hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva hökuməti müharibə olacağı təqdirdə kütləvi evakuasiya planı hazırlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Nəqliyyat Nazirliyi Milli Böhranlara Cavab Mərkəzi ilə birgə sakinlərin təxliyəsi planı üzərində işləyir”, – nəşr yazır.

Plana görə, müharibə olacağı təqdirdə bələdiyyə idarələri əlillərə, hamilə qadınlara və azyaşlı uşaqlı ailələrə üstünlük verərək şəhər əhalisinin dörddə birinə qədər köçürmə imkanına malik olmalıdırlar.