Tramp Harrisi “radikal solçu dəli” adlandırıbbackend

Tramp Harrisi “radikal solçu dəli” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın vitse-prezidenti Kamala Harris yalançı və radikal solçu dəlidir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

Trampın sözlərinə görə, Şimali Karolinada seçki kampaniyası zamanı çıxış edən “yalançı Harris” prezident Co Baydenin hər bir fəlakətinin arxasında ultra-liberal hərəkətverici qüvvə olub. O, vurğulayıb ki, bu “radikal solçu dəli” prezident kürsüsünə keçsə, ölkəni məhv edəcək.

Trampın sözlərinə görə, Harrisin toxunduğu hər şey “tam bir fəlakətə” çevrilir. Onun fikrincə, Kamala Harris öz siyasəti ilə 20 il əvvəl ABŞ-ın ən böyük şəhəri olan, lakin indi yaşayış üçün yararsız yerə çevirilən San-Fransiskonu məhv edib.