“Fitch” analitikləri Ukraynanın xarici valyutada defolt reytinqinə yenidən baxaraq onu CC-dən (yüksək defolt ehtimalı) C-yə (defolt qaçılmazdır) dəyişib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə beynəlxalq agentliyin açıqlamasında deyilir.
Reytinqin aşağı salınması “Fitch”in Ukrayna hakimiyyəti ilə avrobond sahibləri arasında ölkənin xarici borcunun 37%-nin silinməsinə dair razılaşmaya reaksiyasıdır. Müvafiq razılıqların əldə olunduğu faktı bazar ertəsi, iyulun 22-də məlum olub. Bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
Milli valyutada reytinq CCC- səviyyəsində saxlanılıb (defolt mümkündür).
Ötən həftə “Fitch” 2024-cü ildə qlobal iqtisadi artım proqnozunu 2,6%-ə qədər yaxşılaşdırıb. Əvvəlki proqnoz 2,4% artım idi.