Şizofreniya xəstəliyi – Həkim psixiatr Zaur Qasımov – VİDEObackend

Şizofreniya xəstəliyi – Həkim psixiatr Zaur Qasımov – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış həkim psixiatr Zaur Qasımov şizofreniya xəstəliyi haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov hər kəsin narahat olduğu şizofreniya xəstəliyi haqqında danışıb.

Həkim Psixiatr Zaur Qasımov_10

 

“Şizofreniya xəstəliyi çox rast gəlinən bir xəstəlikdir. Rastımıza çıxan hər 50-100 nəfərdən 1-i şizofreniya xəstəsi kimi qiymətləndirmək olar. Bu xəstəliyin irsi keçmə xarakteridə var. Valideynlərin birində və ya hər ikisində xəstəlik varsa, övladlarının şizofreniya xəstəsi olma ehtimalı yüksəkdir. Hamiləlik zamanı bətndaxili infeksiyalar keçirmiş qadınların övladlarının şizofreniya xəstəsi olma ehtimalı yüksəkdir. Adətən bu xəstəlik gənc yaşlarda meydana çıxır. 16-17 yaşdan 25 yaşa qədər daha çox rast gəlinir. Amma daha erkən və daha sonrakı yaşlardada rast gəlmək ehtimalı yüksəkdir. Bu xəstələrdə səbəbsiz olaraq uyğun olmayan danışıqlar, uyğun olmayan qavramalar, halisunasiyalar, qarabasmalar kimi əlamətlərlə meydana çıxır, yersiz yaranan şüphələrlə xarakterizə olunur”,- deyə həkim psixiatr Zaur Qasımov qeyd edib.