ADA Universitetinin prorektoru Fariz İsmayılzadə 77 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülüb.
NOCOMMENT.az pravda.az-a istinadən xəbər verir ki, bu barədə o, öz rəsmi sosial şəbəkə hesabında paylaşıb.
F.İsmayılzadənin namizədliyi Lənkəran şəhər seçki dairəsindən rəsmən təsdiqlənib.
Hazırda həmin dairənin deputatı Rüfət Quliyevdir.