Masallıda qadın dördüncü mərtəbədən yıxılaraq xəsarət alıb.
NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayondakı Heydər Əliyev prospektində yerləşən binada qeydə alınıb.
Belə ki, orada kirayə yaşayan Arzu Mirzəyeva evin balkonunda təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.
Kəllə-beyin travması, topuq sümüyünün sınığı və digər xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.