Rusiya biznesi yuanla bağlı problemlərlə üzləşibbackend

Rusiya biznesi yuanla bağlı problemlərlə üzləşib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya şirkətləri yuanla transsərhəd ödənişləri həyata keçirməkdə ciddi çətinliklərlə üzləşiblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Kommersant” maliyyə bazarındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Çin valyutası ilə edilən ödənişlərin təxminən 80%-i Rusiyaya geri qaytarılır. Xüsusilə yeni Amerika sanksiyalarının tətbiqindən sonra vəziyyət pisləşməkdə davam edir.

Çin tərəfi sənədləşmə məsələsində daha tələbkar olub. Köçürmələr bir neçə həftə gecikdirilə bilər, bundan sonra izahat verilmədən ləğv edilə bilər. Nəşr yazır ki, bu, valyuta məzənnələrinin dəyişməsi və komissiyalar səbəbindən müştərilərin maliyyə itkilərinə səbəb olur.

“Təcrübəmizə görə, banklar heç nə tələb etmir: pul sadəcə müxbir hesablarda 30-40 gün qalır və geri qaytarılır”, – “Sapozhnikov and Partners” konsaltinq şirkətinin idarəedici tərəfdaşı Aleksey Sapojnikov deyib.

Problemi həll etmək üçün şirkətlər vasitəçilərin – ödəniş agentlərinin və ya “ticarət evlərinin” xidmətlərinə müraciət edirlər. ”Sagrada Legal”ın təsisçisi Oleq Uşakov izah etdi ki, bu cür vasitəçilərdən istifadə əməliyyatın dəyərini mürəkkəbliyindən və məbləğindən asılı olaraq 3-10% artırır.