Argentina hazırkı prezident Nikolas Maduronun qalib gəldiyi Venesuelada seçkilərin nəticələrini tanımır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Argentina prezidenti Xavyer Mayli “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində məlumat verib.
“Dünya Maduro hökumətinin məğlubiyyətini etiraf etməsini gözləyir”, – deyə o vurğulayıb.
Argentina prezidenti bununla bağlı əlavə edib ki, ölkəsi “daha bir saxtakarlığı tanımır”.