“Yumurtadan çıxandan sonra 30-40 gün ərzində kəsimə hazırdır” — Toyuq ətinin keyfiyyəti niyə aşağıdır?backend

“Yumurtadan çıxandan sonra 30-40 gün ərzində kəsimə hazırdır” — Toyuq ətinin keyfiyyəti niyə aşağıdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanda toyuq əti məhsullarına dair yeni dövlət standartı qəbul edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS 956:2024 “Toyuq əti (toyuq cəmdəyi, cücələr, broyler cücələri və onların hissələri). Texniki şərtlər” yeni dövlət standartnıı qəbul eldb. Yeni dövlət standartı ölkə ərazisində quşçuluq sahəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması, məhsulun istehsal keyfiyyətinin yüksəldilməsi məqsədilə qəbul edilib.Sözügedən dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut onu qəbul edərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.

NOCOMMENT.az xəbər verir ki, iqtisadçı ekspert Akif Nəsirli demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycanda quşçuluq məhsulları istehsalı bir qrup sahibkarın əlindədir, yəni bu sektorda da inhisarçılıq hökm sürür:

“Ətin keyfiyyəti də bundan dolayı çox aşağıdır. Normadan artıq proteinli məhsullar istehsal olunur, toyuq yumurtadan çıxandan sonra 30-40 gün ərzində kəsimə hazırdır. Belə qısa müddətdə yetişən toyuğun ətinin keyfiyyəti nə ola bilər? Birincisi, bunlar xüsusi toyuqlardır, geni modifikasiya olunub. İkinci tərəfdən də toyuğa proteinli qidalar verirlər ki, sürətlə böyüsün, şişsin. Nadir hallarda toyuqlar buğda və ot yeyir, yalnız yüksək proteinli yemlə bəslənir. Bu, doğru deyil. Əslində quşçuluq fabriklərinin hazırladığı toyuq əti məhsulu kənd toyuğunun ətinə yaxın dada malik olmalıdır. Proteinli yem toyuq ətinin dadını dəyişir.

Ümid edirəm ki, yeni standartlar bu məsələyə aydınlıq gətirəcək. Quşçuluq fabriklərinin qarşısına tələb qoyulmalıdır ki, standartlara yaxın məhsullar istehsal etsin. Rayonlardakı bəzi quşçuluq fabriklərində vəziyyət nisbətən daha yaxşıdır, onların geniş əraziləri var və toyuqları yem üçün açıq ərazilərə buraxırlar, toyuq otla, dənlə qidalanır. Lakin yalnız proteinlə yetişən toyuq əti orqanizmə zərərlidir. Bazarın bu seqmenti inhisardan çıxmalıdır. Dövlət elə şərait qurmalıdır ki, azad rəqabətə imkan olsun. Belə olarsa, həm məhsul çoxalacaq, həm də qiymətlər normallaşacaq”.