Ekspertlərdən abituriyentlərə xəbərdarlıq – “Bu sahələr sıradan çıxacaq”backend

Ekspertlərdən abituriyentlərə xəbərdarlıq – “Bu sahələr sıradan çıxacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abituriyentlər və onların valideynlərini hazırda düşündürən ən vacib mövzulardan biri də ixtisas seçimidir. Süni intellektin sürətlə inkişaf etdiyi zamanda bəzi sahələr var ki, öz əhəmiyyətini itirir. Təbii ki, 11-ci sinfi yeni bitirən şagird üçün seçim etmək bir qədər çətin ola bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) son hesabatında qeyd olunub ki, bəşəriyyət süni intellekt “inqilabının” astanasındadır və yeni texnologiyalar yaxın on ildə bir çox sahələri sıradan çıxaracaq. Tələbə adını qazanmaq istəyən namizədlər ixtisas seçimində nələrə diqqət etməlidir? Hansı sahələr öz aktuallığını itirəcək?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Səbuhi Abdullayev KONKRET.az-a açıqlamasında ixtisas seçimində süni intellektin təsirlərindən danışdı:

“Bir müddətdən sonra ali təhsil müəssisələri üçün ixtisas seçimi başlayacaq. Təbii ki, bu, abituriyentlərin həyatında önəmli hadisələrdən biridir. Seçim zamanı valideynlər və şagirdlər müxtəlif yollara əl atırlar. Müasir dövrümüzdə süni intellekdən yan keçmək mümkün deyil. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Baxın, sözügedən vasitə sayəsində istədiyin təhsil müəssisəsi haqda məlumat ala bilərsən. Bir neçə dəqiqə ərzində neqativ hallar ortaya çıxar. Mənfi tərəfi isə odur ki, süni intellekt sənin xarakterinə uyğun seçim təklif etmir. Bu, abituriyent üçün qarşıdakı vaxtlarda ciddi problem yarada bilər”.

Mütəxəssis qarşıdakı onilliklərdə bəzi sahələrin öz aktuallığını itirəcəyini dedi:

“Bəzi sahələr var ki, hazırda onlara tələbat çox olsa da, gələcəkdə öz aktuallığını itirəcək. Məsələn, qrafik dizaynerliyə maraq çoxdur. Amma bir neçə ildən sonra buna ehtiyac qalmayacaq. Bundan başqa, mühasibatlıq da bu qəbildəndir. Kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı sahələri də avtomatlaşdırıla bilər. Ona görə də seçim edən zaman bu kimi hallara nəzər yetirmək lazımdır ki, gələcəkdə işsiz qalmasınlar. Dediyim kimi, mümkünsüz nəsə yoxdur, bunların baş verməsi olduqca realdır”.