İran kəşfiyyatı: ABŞ Haniyəni öldürmək üçün İsrailə yaşıl işıq yandırıbbackend

İran kəşfiyyatı: ABŞ Haniyəni öldürmək üçün İsrailə yaşıl işıq yandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nümayəndələri İsrailin HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyəni öldürmək planlarından xəbərdar idilər və onların həyata keçirilməsinə mane olmadılar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyinin rəhbəri İsmail Xətib bildirib.

“ABŞ Haniyənin sionistlər tərəfindən ləyaqətsiz şəkildə öldürülməsinə yaşıl işıq yandırdı”, – deyə o vurğulayıb.

Bundan əvvəl Amerika lideri Co Bayden HƏMAS Siyasi Bürosunun rəhbərinin öldürülməsinin Qəzza zolağında atəşkəs razılaşması üzərində işləmək səylərinə “kömək etmədiyi” fikrində olduğunu bildirib.