Şimali Koreya daşqından sonra Rusiyadan kömək istəyə bilərbackend

Şimali Koreya daşqından sonra Rusiyadan kömək istəyə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkəsi daşqınların nəticələrinin aradan qaldırılması üçün Rusiyadan kömək istəyə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Onun sözlərinə görə, fəlakətin nəticələrinin aradan qaldırılması zamanı dəstəyə ehtiyac olarsa, Şimali Koreya kömək üçün Rusiya Federasiyasındakı “ən səmimi dostlarına” müraciət edəcək.

KXDR lideri həmçinin Rusiya prezidenti Vladimir Putinə belə yardım göstərməyə hazır olduğuna görə minnətdarlığını bildirib.

Putin avqustun 3-də Şimali Koreya liderinə teleqram vuraraq ölkədə baş verən daşqınla bağlı başsağlığı verib və kömək edəcəyinə söz verib.

O qeyd edib ki, Rusiya tərəfi “dost Koreya Xalq Demokratik Respublikasının xalqının ağrısını və kədərini bölüşür”.

Rusiya lideri həmçinin Şimali Koreyanın zərər çəkmiş bölgələrində vəziyyətin tezliklə normallaşacağına əminliyini ifadə edib.