Xocalı soyqırımı zamanı səkkiz gün erməni girovluğunda qalmış Dürdanə Ağayeva vəfat edib.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
O, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, Dürdanə Ağayeva 4 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.