Politoloq axtarışa verildibackend

Politoloq axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Federal Təhlükəsizlik Xidməti siyasi ekspert Fyodor Kraşeninnikov barəsində axtarış elan edib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumatı xidmətin Mətbuat Mərkəzi yayıb.

Bununla belə, onun ittiham olunduğu maddələr açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Rusiyanın Ədliyyə Nazirliyi onu “xarici agent” elan edib. O zaman mətbuata açıqlama verən F. Kraşeninnikov deyib ki, ona “Xarici agentlər haqqında qanun”un tələblərini pozmaq epizodu üzrə ittiham verilib.