Dünyada ilk dəfə tamamilə mexaniki olan süni ürəyin transplantasiyası həyata keçirilib.
Sfera.az xəbər verir ki, əməliyyatı ABŞ-nin Texas ştatındakı həkimlər ürək çatışmazlığının son mərhələsi olan 57 yaşlı xəstənin üzərində icra ediblər.
Titan materialından hazırlanan cihaz ürəyin qan pompalama funksiyasını 8 gün müddətində icra edərək xəstəni həyatda saxlayıb. 8 gün sonra isə xəstəyə uyğun donor tapılıb və ona həqiqi ürək nəql edilib.