Türkiyənin Ankara şəhərində dostları ilə manqal edən Turan Yapıcı qəfildən manqaldan yüksələn alovla yanmağa başlayıb.
NOCOMMENT.az BAKU.WS-ə istinadən xəbər verir ki, alov içində qalan kişi qorxaraq qaçmağa başlayıb.
Yanğın qısa müddətdə söndürülsə də, kişi ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, təhlükəsizlik kamerası həmin anları anbaan lentə alıb.