Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi – FOTObackend

Anar Bayramov dostuna sədri olduğu qurumda vəzifə verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov yaxın dostunu çalışdığı qurumda vəzifəyə təyin edib. 
NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, Anar Bayramovun müvafiq əmri ilə Niftiyev Yalçın Sakit oğlu agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib. 
Qeyd edək ki, bu ilin iyun ayında Yalçın Niftiyev 2012-ci ildən çalışdığı “A-Qroup Sığorta” ASC-nin İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb. 
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov “A-Qroup Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür və uzun illər bu şirkətin sədri vəzifəsində çalışıb. 
Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.