Rusiya və Suriya iqtisadi və ticarət əməkdaşlığının artırılması çərçivəsində ödənişlərin milli valyutalarda keçirilməsinə dair danışıqlar aparır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya”ya Suriyanın Rusiyadakı səfirliyinin nümayəndəsi məlumat verib.
“Suriya və Rusiyanın mərkəzi banklarının nümayəndələri arasında bütün maliyyə və kommersiya əməliyyatlarında milli valyutaların (Suriya lirəsi və rus rublu) qəbulu məsələsi ilə bağlı davamlı görüşlər və məsləhətləşmələr aparılır”, – deyə məlumatda bildirilir.
Qəzet qeyd edir ki, Qərbin sanksiyalarına məruz qalan ölkələr dollarla ödənişlərdən yayınmağa, aktivlərini ABŞ və Aİ-dən çıxarmağa meyllidirlər. Bu dövlətlər milli valyutalarda ödənişlərə keçir və alternativ ödəniş sistemləri yaradır. Rusiya həm MDB, həm də Asiya ölkələri ilə münasibətlərdə belə sxemlərdən fəal istifadə edir.