“Meta” platforması bu gün Malayziyanın Baş naziri Ənvər İbrahimin “Facebook” və “Instagram” hesablarından Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi büro rəhbəri İsmayıl Haniyənin qətli ilə bağlı məzmunu sildiyinə görə üzr istəyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin suallarına “Meta” sözçüsü cavab verib. O bildirib ki, sözügedən məzmun “düzgün xəbər etiketi ilə” bərpa edilib.