“Hizbullah” Suriya və İranın İsrailə qarşı mübarizədə iştirakını yüksək qiymətləndiribbackend

“Hizbullah” Suriya və İranın İsrailə qarşı mübarizədə iştirakını yüksək qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və Suriyanın İsrailə qarşı birbaşa köməyinə ehtiyac yoxdur, baxmayaraq ki, bu ölkələr fələstinlilərə yəhudi dövlətinə müqavimət göstərməkdə kömək edir.

NOCOMMENT.az xəbər verir ki, bunu şiə silahlı hərəkatının lideri Həsən Nəsrullah deyib.

“Mübarizə öz axarında gedir və mən hesab edirəm ki, müqavimətin İran və Suriyanın müharibəyə birbaşa müdaxiləsinə ehtiyacı yoxdur. Onlar müqavimətə siyasi, iqtisadi və hərbi dəstək verdilər və göstərməkdə davam edirlər”, – deyə Nəsrullah hərəkatın baş komandiri Fuad Şükrün xatirəsinə həsr olunmuş çıxışında bildirib.

“Hizbullah” lideri Livan daxilindəki hərəkatın əleyhdarlarına müraciət edərək əlavə edib ki, onlar şiə təşkilatının xarici düşmənlə mübarizəsinə mane olmamalıdırlar.