Fələstin prezidenti Mahmud Abbas bildirib ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin səs-küylü qətli İsrailin Qəzza zolağında hərbi kampaniyasına son qoymaq üzrə danışıqları çətinləşdirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Şübhə yoxdur ki, cənab Haniyəni öldürməkdə məqsəd müharibəni uzatmaq və onun əhatə dairəsini genişləndirməkdir. Bu, təcavüzün dayandırılması və İsrail qoşunlarının Qəzzadan çıxarılması üçün davam edən danışıqlara mənfi təsir göstərəcək”, – Abbas bildirib.