İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirləri Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə görə İsrailin məsuliyyət daşıdığını bildiriblər.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İƏT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının yekunları üzrə qəbul edilmiş yekun bəyanatda deyilir.
Nazirlər Haniyənin Tehranda olarkən öldürülməsini qətiyyətlə pisləyib və İsrailin bu hücuma görə tam məsuliyyət daşıdığını qeyd ediblər.