Vaşinqton administrasiyası İranın İsrailə hücum edib-etməyəcəyi barədə məlumat verməyəcək, lakin ABŞ ordusu lazım gələrsə, yəhudi dövlətinə dəstək verməyə hazırlaşır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
“Biz ordumuzu qorumaq üçün əlimizdən gələni edirik və bizdən İsrailə kömək istəsələr, kömək etmək imkanımız olsun”, – deyə o vurğulayıb.
Ostin daha əvvəl demişdi ki, Birləşmiş Ştatlar “temperaturun aşağı salınması” və təhdidlərə cavab vermək üçün Yaxın Şərqdə yeni qüvvələr yerləşdirməyə hazırdır.