Ukrayna ciddi demoqrafik böhranla üz-üzədir, ölkədə doğum nisbəti sürətlə aşağı düşməkdə davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın Interia portalı məlumat yayıb.
“Ukrayna gözümüzün qabağında yoxa çıxır”, – məlumatda bildirilir.
Hazırda ölkədə doğum səviyyəsinin pandemiyanın pik dövrü ilə müqayisədə aşağı olduğu vurğulanır.
Portalın məlumatına görə, 2024-cü ilin ilk altı ayında hər üç ölüm halına yalnız bir yeni doğulmuş körpə düşür.
Bundan əvvəl Ukrayna Səhiyyə Nazirliyi ölkədə doğum səviyyəsinin hər il 7% azaldığını bildirmişdi.