Türkiyədə instaqrama giriş qadağasından sonra onlayn oyun platforması “Roblox”a da giriş bloklanıb.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, “Roblox”a giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.
Qərarla “Roblox”un “App Store” və “Google Play”dəki tətbiqlərinə, eləcə də veb-sayta giriş bloklanıb.
Qeyd edək ki, “Roblox” istifadəçilərə öz təcrübələrini proqramlaşdırmağa və digər istifadəçilər tərəfindən yaradılan təcrübələri oynamağa imkan verən sistem idi.