Müdafiə Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “ME.GA.AN” MMC (VÖEN – 1800284991) olub.
NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyi MMC-dən 60 min 600 ədəd ayaqqabı alacaq.
Buna görə Nazirlik “ME.GA.AN” şirkətinə 2 milyon 241 min 598 manat 80 qəpik ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, Müdafiə Nazirliyinin satın alacağı ayaqqabıların 1 ədədinin orta qiyməti 37 manat olacaq.
Qeyd edək ki, “ME.GA.AN” MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.