Gürcüstan hökuməti istisna etmir ki, 2008-ci ildə Rusiya Federasiyası ilə münaqişənin baş verməsi hallarını aydınlaşdırmaq üçün prokurorluğa və ya Konstitusiya Məhkəməsinə müraciət edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Hüquqi forma (2008-ci ildə Rusiya Federasiyası ilə Gürcüstan arasında münaqişənin şərtlərinin aydınlaşdırılması) fərqli ola bilər. Ola bilsin ki, prokurorluğa müraciət olsun”, – deyə Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.
O, həmçinin Gürcüstan parlamentində istintaq komissiyasının yaradılmasını, həmçinin qeyd olunan məsələ ilə bağlı ölkənin Konstitusiya Məhkəməsinə müraciət edilməsini istisna etməyib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvilinin “cinayəti” “sona qədər araşdırılmalıdır”.