Pandemiya dövründəki vəziyyət nəzərə alınmazsa, İsveçdə işsizlik son on ilin ən yüksək səviyyəsinə çatıb. Hökumət bu tendensiyanın daha da artacağına inanır.
NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsveç cari ilin ikinci rübündə 8,3 faiz təşkil edən işsizlik səviyyəsinə görə Aİ-də dördüncü yerdədir.
İqtisadiyyat İnstitutunun məlumatına əsasən, 2025-ci ilin yayına qədər Riksbankın faiz dərəcələrini 6 faiz endirməsi gözlənilir. Bu, əsas faiz dərəcəsinin 2,25 faiz olacağı deməkdir.
İsveçin əmək bazarı və inteqrasiya naziri Yohan Person deyib: “Ölkəyə mühacirət etmiş İsveç vətəndaşları arasında işsizlik yerli əhali ilə müqayisədə demək olar ki, üç dəfə çoxdur”.
Əcnəbilər arasında işsizlik də cari ilin ikinci rübündə 16,2 faizdən 16,9 faizə yüksəlib.