“BakıKart” tətbiqi niyə işləmir? – RƏSMİ AÇIQLAMAbackend

“BakıKart” tətbiqi niyə işləmir? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəqəmsəl İnkişaf və Nəqliyyat Nazirliyi “BakıKart” mobil tətbiqinin iki gündür, işləməməsinə aydınlıq gətirib. 

NOCOMMENT.az xəbər verir ki, Nazirlikdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan müvəqqəti texniki nasazlıq səbəbindən sərnişinlər tətbiqdən istifadə ilə bağlı çətinliklə qarşılaşırlar.

“Hazırda problemin aradan qaldırılması istiqamətində iş aparılır. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”, – açıqlamada bildirilib.

Qeyd: Mobil tətbiqin işləməməsi “BakıKart” kartlarından istifadə edən sərnişinlər üçün də çətinlik yaradır. Nəzərə alsaq ki, paytaxt ərazisində əksər dayanacaqlardan “BakıKart” terminalları uzun müddətdir, yığışdırılıb. Bir çox ərazilərdə terminallar əlçatan olmadığı üçün sərnişinlər mobil tətbiq vasitəsilə “BakıKart” balansını artırırlar.